Magistral xətlərlə nəql edilən qazın həcmi AZALIB

Magistral xətlərlə nəql edilən qazın həcmi AZALIB

Hazırda oxunan: Magistral xətlərlə nəql edilən qazın həcmi AZALIB

182893

Cari ilin yanvar-fevral aylarında magistral xətlər vasitəsilə 6307,7 min ton neft və 7343,9 milyon kub-metr qaz nəql olunub.

Bizim.Media Dövlət Statistika Komitəsinin son hesabatına istinadən xəbər verir ki, nəql edilən neftin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.Cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 4725,1 min ton neft ötürülüb. 

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,2 faizini və ya 3882,2 min tonunu Azərbaycanda hasil edilən neft, 17,8 faizini və ya 842,9 min tonunu isə Türkmənistan, eləcə də Qazaxıstandan daxil olan neft təşkil edib.
Magistral qaz kəmərləri ilə nəql edilən qazın həcmində əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 48,8 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3586,2 milyon kub-metr qaz ötürülüb.  

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO