Sabah 18 dərəcə İSTİ olacaq

Sabah 18 dərəcə İSTİ olacaq

Hazırda oxunan: Sabah 18 dərəcə İSTİ olacaq

182858

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorolgiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Əksər rayonlarda əsasən yağmursuz olacağı gözlənilir. Lakin gecə və axşama doğru bəzi dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO