“TikTok”da izləyiciləri ilə danışan ana canlı yayımda uşağı DÖYDÜ – VİDEO 

“TikTok”da izləyiciləri ilə danışan ana canlı yayımda uşağı DÖYDÜ – VİDEO 

Hazırda oxunan: “TikTok”da izləyiciləri ilə danışan ana canlı yayımda uşağı DÖYDÜ – VİDEO 

182857

Azərbaycanda azyaşlıya qarşı kobud rəftar və fiziki şiddət göstərilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.

Görüntü “TikTok” sosial şəbəkədə canlı yayım zamanı qeydə alınıb. “TikTok”da canlı açaraq izləyiciləri ilə danışan xanım onun əmrinə tabe olmayan uşağı hədələyir və döyür. 
Rus dilli qadın uşağa telefon və kompüterə toxunduğu, musiqiyə qulaq asdığı halda yenidən döyəcəyini, saçını yolacağını, dırnaqlarını dartacağını bildirir.

Birliyin sədri görüntülərin Azərbaycanda qeydə alındığını vurğulayaraq, aidiyyəti qurumlara məsələni araşdırmaları və azyaşlını xilas etmələri üçün müraciət edib.
 


Günay Şahmar, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO