Qay Rayder: “Qlobal Forum bizi irəliyə doğru birlikdə addımlamağa ilhamlandırır”

Qay Rayder: “Qlobal Forum bizi irəliyə doğru birlikdə addımlamağa ilhamlandırır”

Hazırda oxunan: Qay Rayder: “Qlobal Forum bizi irəliyə doğru birlikdə addımlamağa ilhamlandırır”

182649

XI Qlobal Bakı Forumunun mövzusu olan “Parçalanmış dünyanın bərpası” məsələsi hazırda cəmiyyətin qarşısında bir dilemmaya çevrilib. Dünyada bu parçalanmanı aradan qaldırmaq üçün bizə əməkdaşlıq lazımdır.

Bizim.Media xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder deyib.

“Əgər bu Forumda müzakirə etdiyimiz məsələlər uğurlu həllini taparsa, bu tarixi addım olacaq. Biz parçalanmış dünyanın problemlərini daha effektiv, inklüziv və yeni çoxtərəfli multilateralizm vasitəsilə həll edə biləcəyik. 

Əlbəttə ki, Forumdan sonra Azərbaycanda keçiriləcək COP29 da qlobal miqyaslı, qeyri-adi əhəmiyyətə malik BMT tədbiridir və biz BMT olaraq bu kimi tədbiri, eləcə də ölkənizin bu sahədəki sədrliyini tam dəstəkləyirik. Bu yaxınlarda Qara dənizin təcrid olunması göstərdi ki, münaqişələrin yaranması dünyada artıq karbonun havaya atılması ilə nəticələnir. Ona görə Misirin və Birləşmiş Krallığın COP-da olan təşəbbüsünü alqışlayırıq. Azərbaycan ev sahibi olaraq bu sahədə COP27, COP28-dəki sədrlərin verdiyi təşəbbüslərə əsaslanaraq öz səylərini məhz Braziliyanın təşəbbüsü ilə birgə bu işləri davam etdirməlidir ki, daha inklüziv, əhatəli, effektiv qlobal arxitekturanı formalaşdırmaq mümkün olsun. 

Bunun yeganə şərti kimi hamı insan hüquqlarına, beynəlxalq hüquqa riayət etməlidir. Mənə elə gəlir ki, vaxt yetişib. Heç vaxt görünmədiyi kimi məhz indi bizim hamımız üzərimizə düşən öhdəlikləri yerinə yetirməliyik. Biz bunu gələcək nəsillər üçün etməliyik. Hesab edirik ki, bu Forum bizə həm də lazım olan təhlilləri aparmaq imkanı verəcək və hamımızı irəliyə doğru birgə addımlamağa ilhamlandıracaq”, – deyə Qay Rayder bildirib.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO