Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs SAXLANILDI - FOTO

Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs SAXLANILDI - FOTO

Hazırda oxunan: Bakıda vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs SAXLANILDI - FOTO

182605

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.

H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO