Sabirabadda qohumlar arasında kütləvi dava – FOTO 

Sabirabadda qohumlar arasında kütləvi dava – FOTO 

Hazırda oxunan: Sabirabadda qohumlar arasında kütləvi dava – FOTO 

182595

Sabirabad rayonun Sərxanbəyli kənd sakinləri olan yaxın qohumların münaqişəsi və kütləvi davası nəticəsində 3 nəfər müxtəlif baş-bədən xəsarətləri alaraq Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bizim.Media xəbər verir ki, qoyunçuluqla məşğul olan Ələsgər Heybətov və onun iki oğlu, öz əmioğluları tərəfindən hücuma məruz qaldıqlarını bildiriblər.

Ələsgər Heybətov iddia edir ki, ona və oğlanlarına xəsarət yetirən əmisi oğlu Şirvan Heybətov və  tərəfdarları onları döyməklə kifayətlənməyib, onun avtomobilinə də ciddi ziyan vurublar. İnsidentdə Şirvan və Şəriyalı Heybətovların oğlanları da iştirak ediblər. Hadisə nəticəsində, Ələsgər Heybətov başından zərbə almaqla ciddi xəsarətə məruz qalıb.  
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan Regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov hadisə ilə bağlı Bizim.Media-nın yerli bürosuna bildirib ki, hər iki münaqişə tərəfi qarşılıqlı surətdə və eyni gündə hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət ediblər. Baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar davam etdirilir.

Salyan Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsdən verilən şifahi açıqlamaya görə isə xəsarət alan şəxslərin müalicəsi ciddi nəzarət altındadır və onların tezliklə evə buraxılması təmin ediləcək. 





Bizim.Media, Cənub bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO