Avropa Super Liqası adını dəyişməli olacaq

Avropa Super Liqası adını dəyişməli olacaq

Hazırda oxunan: Avropa Super Liqası adını dəyişməli olacaq

182480

Avropa Super Liqası turniri adını dəyişməli olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. 

Avropa İttifaqı belə nəticəyə gəlib ki, Superliqa öz adını dəyişməlidir. Çünki bu adda brend artıq Danimarka çempionatına aiddir. 
Danimarka Super Liqası öz adını rəsmi olaraq Avropa Birliyində ticarət nişanı kimi qeydiyyata alıb. Bu səbəbdən Avropa Super Liqası layihəsi bundan istifadə edə bilmir. Avropa İttifaqı məhkəməsi Danimarka liqasının xeyrinə qərar çıxarıb.

Bu baxımdan hələ yaradılmayan Super Liqa başqa ad seçməli olacaq.

2021-ci ilin aprelində 12 klub Super Liqanın yaradıldığını elan edib. Lakin UEFA və FİFA-nın hədələrindən sonra layihənin başlanması dayandırılıb. 2023-cü il dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın yeni turnirin yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO