Əməkdar artist Gövhər Rzayeva xoşagəlməz hadisə ilə üzləşib.
Bizim.Media xəbər verir ki, başına gələn hadisəni sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.
Qarmon ustası bildirib ki, o, Qətərin Doha şəhərində olan zaman yıxılaraq qolunu zədələyib:
“Düz yolda gedəndə yıxıldım. Həkimlər müalicə etdilər. İndi özümü yaxşı hiss edirəm. Bir ad günü keçirdim, onda da göz-nəzərə gəldim”.
Qeyd edək ki, G.Rzayeva bundan əvvəl yıxılıb, ayağını zədələmişdi.
Rəşad Əliyev, Bizim.Media