Xəbər verdiyimiz kimi, ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar.
Onların iştirakı ilə keçirilən iclasda kanallarda yayımlanan bir sıra şou və sosial verilişlərdəki biabırçı vəziyyətlə bağlı ciddi iradlar səsləndirilib.
Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, qısa zamanda bu biabırçılığa son qoyulmayacağı təqdirdə, qanuna uyğun şəkildə sanksiyalar tətbiq olunacaq.
Bizim.Media xəbər verir ki, “yenisabah.az” bununla bağlı məlumatlar əldə edib.
MÖVZU İLƏ BAĞLI:
Cəmiyyətimizi uçuruma aparan verilişlərə nə zaman QADAĞA QOYULACAQ?
Sözügedən TV-lərdən birinin məsul əməkdaşı açıqlamasında deyib ki, məsələyə artıq hüquq-mühafizə orqanları da müdaxilə edib. Onun sözlərinə görə, cəmiyyətin narazılıq etdiyi populyar sosial verilişlərin fəaliyyəti prokurorluq orqanları tərəfindən araşdırılır. Bu məqsədlə bəzi aparıcılar prokurorluğa dəvət olunub və onlardan izahat alınıb.
Mənbə deyib ki, prokurorluq ilk növbədə verilişlərdə yığılan pulun məbləğini və əldə olunan vəsaitin hansı təyinat üzrə xərcləndiyini araşdırır.
Bizim.Media