“28 May”ın qarşısındakı yoldan istifadə edən sürücüləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA 

“28 May”ın qarşısındakı yoldan istifadə edən sürücüləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: “28 May”ın qarşısındakı yoldan istifadə edən sürücüləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA 

182227

Bu gündən, Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, metronun “28 May” stansiyasının qarşısındakı əraziyə şəxsi avtomobillərlə giriş qadağan edilib. 

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarından ərazidə müvafiq nişanlar quraşdırılıb.  

Sözügedən əraziyə yalnız ictimai nəqliyyat vasitələrinin girişinə icazə var. Qadağa qoyulan əraziyə daxil olan sürücüləri hansı cəza gözləyir? 

Məsələ barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

İdarənin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli “oxu.az”a bildirib ki, həmin küçələrə “Giriş qadağandır” nişanı quraşdırılıb: 

“Vətəndaşlar şəxsi avtomobillərlə həmin əraziyə daxil olarlarsa, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə (işıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) əsasən, 3 bal, 80 manat cərimə ediləcəklər”. 
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyası ətrafında aidiyyəti qurumlarla birlikdə abadlaşdırma işləri həyata keçiriləcək. Bu işlər çərçivəsində asfalt örtüyünün dəyişdirilməsi, mikromobillik infrastrukturunun qurulması, o cümlədən velosiped zolaqlarının təşkil edilməsi nəzərdə tutulur. Bakı Dəmiryol Vağzalına gəlib-gedənlər üçün qarşılama və yolasalma zonası da təşkil olunacaq. 

Xatırladaq ki, bir neçə gün əvvəl Xaqani bağının yaxınlığı da “avtomobilsiz zona” elan edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO