“Nədənsə, atalar düşünür ki, bu cəmiyyət onların qızları üçün təhlükəlidir. Buna görə də onlar qızlarını qohum evliliklərinə məcbur edirlər”.
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qohum nikahları ilə bağlı keçirilən ictimai müzakirədə bildirib.
T. İbrahimovanın sözlərinə görə, statistika indi ürəkaçan olmasa da, əvvəlki illərlə müqayisədə erkən nikahların azaldığını görürük:
“Bunun əsas sabəbi, qanunda olan dəyişikliklərdir. 2021-ci ildə 2363 və 2022-ci ildə 2542 qohum evliliklərinin olduğu qeyd edildi. Ümumən faiz dərəcəsinə və bağlanan nikah statistikasına baxdıqda bu rəqəm çox aşağıdır. Lakin bəli, reallıq fərqlidir. Çünki qohum evliliklərindən xəstə və əlil uşaqlar dünyaya gəlir. Qohum evliliklərinin əsas səbəbi həm də atalardır”.
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:05 / 12.03.2024
“Qohum evliliklərinin əsas səbəbi atalardır” – Komitə rəsmisi
Hazırda oxunan: “Qohum evliliklərinin əsas səbəbi atalardır” – Komitə rəsmisi
Hazırda oxunan: “Qohum evliliklərinin əsas səbəbi atalardır” – Komitə rəsmisi
182204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.