Bu rayonlara dolu və sulu qar YAĞIB 

Bu rayonlara dolu və sulu qar YAĞIB 

Hazırda oxunan: Bu rayonlara dolu və sulu qar YAĞIB 

182182

Gecə saatlarında bölgə rayonlarında hava kəskin dəyişib, səhər saatlarında isə dağlıq və dağətəyi yaşayış məntəqələrinə dolu və sulu qar düşüb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Balakən, Zaqatala və Qax rayonlarının yüksək dağlıq və dağətəyi kəndlərinə əvvəlcə yağış yağıb. 

Sonradan sulu qara və doluya çevrilib. Bu rayonlardan ən çox qar Qaxın Sarıbaş və Zaqatalanın Çimcımax, Qalal və Qarqay yaşayış məntəqələrinə düşüb. 

Hazırda Sarıbaşda qarın hündürlüyü 5-7 sm, digər ərazilərdə isə 5 sm-ə çatır. Qısamüddətli dolu Zaqatalanın və Qaxın bir sıra aran ərazilərinə yağsa da, heç bir fəsad yaratmayıb. Hazırda bu rayonlarda buludlu hava şəraiti davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO