Bu gün Azərbaycanda Novruzun 3-cü - Yel çərşənbəsi qeyd olunur.
Bizim.Media xəbər verir ki, Yel çərşənbəsində əsən külək yazın gəlişindən xəbər verər.
El arasında bu çərşənbəyə “Yelli çərşənbə”, “Küləkli çərşənbə” də deyilir. İnanclara görə, insan 4 ünsürdən su, od, yel və torpaqdan yarandığı üçün qədim insan bu ünsürləri dəyərli hesab edib. Belə düşünülürmüş ki, əgər çərşənbələr bayram kimi keçirilərsə, həmin il ruzi bərəkətli keçərmiş.
Odur ki, hər çərşənbədə olduğu kimi, bu zaman da evlərdə süfrə açılar, həyətlərdə tonqal qalanar.
Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər.
Qeyd edək ki, Novruzun sonuncu - Torpaq çərşənbəsi martın 19-da qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq.
Martın 20-21-i ölkədə Novruz bayramı qeyd olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:01 / 12.03.2024
Bu gün Yel çərşənbəsidir
Hazırda oxunan: Bu gün Yel çərşənbəsidir
Hazırda oxunan: Bu gün Yel çərşənbəsidir
182145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.