Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO

Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO

Hazırda oxunan: Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO

182031

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub. 

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib. 

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb. 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. 

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib. 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.






















Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO