Qaydaları pozan 25 sürücü barəsində protokol tərtib olundu

Qaydaları pozan 25 sürücü barəsində protokol tərtib olundu

Hazırda oxunan: Qaydaları pozan 25 sürücü barəsində protokol tərtib olundu

182021

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

 

DİN-dən Sfera.az-a verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən, eləcə də digər kobud qayda pozuntularına yol verən sürücülər müəyyən edilib.

 

Onların hər birinə törətdikləri qayda pozuntusu barədə məlumat verilib və ümumilikdə 25 nəqliyyat vasitəsinin sahibi barəsində inzibati protokol tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO