Qurum “Qarabağ” klubu ilə bağlı heç bir qərar qəbul etməyib.
“Qarabağ” klubunun avroklublardan çıxarılması ilə bağlı erməni saytlarının yaydığı xəbərlər yalnış informasiyadır. Bunu Bizim Media-ya açıqlamasında AFFA-nıın mətbuat katibi Firuz Abdulla bildirib:
“Hansısa komandanın avroklublardan çıxarılması ilə bağlı qərarı UEFA verə bilər. UEFA-nın da belə bir qərarı yoxdur. Ermənistan Futbol Federasiyasının müraciəti haqda isə bizə heç bir məlumat daxil olmayıb. Nə FİFA, nə UEFA bu barədə hər hansı məlumat yayımlamayıb”.
“Qarabağ” klubundan verilən məlumatda bunun mümkünsüz olduğunu bildirdilər: “Komanda cəzalanacaq heç bir addım atmayıb, bu ermənilərin kluba qarşı təxribatıdır, və “erməni arzusu” olaraq qalacaq”.
Xatırladaq ki, iki gün əvvəl erməni mətbuatına istinadən xəbər vermişdik ki, Ermənistan Futbol Federasiyası FİFA-ya müraciət edərək klubun mətbuat sözçüsünün müharibə ritorikalı paylaşımlarına görə, “Qarabağ” klubunun avrokuboklardan uzaqlaşdırılmasını istəmişdi. FİFA isə müraciətə baxılmaq üçün məktubu UEFA-ya yönəltmişdi.
Gülşanə Mustafayeva, Bizim.Media
- A-
- A
- A+
İdman
16:25 / 02.11.2020
UEFA erməni təxribatına getmədi - AÇIQLAMA
Hazırda oxunan: UEFA erməni təxribatına getmədi - AÇIQLAMA
Hazırda oxunan: UEFA erməni təxribatına getmədi - AÇIQLAMA
1820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.