Dahi rus şairi Mixail Lermontovun 210 illik yubileyi ilə əlaqədar Qusar şəhərində onun abidəsinin ucaldılması nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, abidə Qafqazda xidmət etdiyi dövrdə orada yaşamış Lermontovun ev-muzeyinin qarşısındakı ərazidə yerləşdiriləcək.
Həmçinin, “Lermontov axşamları” ədəbi-poeziya festivalı da nəzərdə tutulub.
Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina Tarxanıdakı Lermontov Muzey-Qoruğunun əməkdaşlarını və milli mədəniyyət xadimlərini festival iştirakçılarına qoşulmağa dəvət edib.


Bizim.Media