Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

Hazırda oxunan: Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtı

181965

Sabah Ramazan ayının ilk günüdür.

Bizim.Media xəbər verir ki, imsak vaxtı 05:33-ə, iftar isə 18:57-ə təyin olunub.

Birinci günün imsak duası:

“Allahumməc-əl siyami (fihi) siyaməs-saimin. Və qiyami (fihi) qiyaməl-qaimin. Və nəbbihni fihi ən naumətil-ğafilin. Vəhəb li curmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mucrimin!”

Tərcüməsi:

“İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan”.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO