Sabirabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Zalqarağac kəndində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobillə “Chevrolet” markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu dünyasını dəyişib.
Xəsarət alan Sabirabad rayonunun Çöl Beşdəli kənd sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun koma vəziyyətinə düşdüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:26 / 10.03.2024
Sabirabadda ağır yol qəzası: 2 ölü, 1 yaralı var
Hazırda oxunan: Sabirabadda ağır yol qəzası: 2 ölü, 1 yaralı var
Hazırda oxunan: Sabirabadda ağır yol qəzası: 2 ölü, 1 yaralı var
181923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.