Bazar günü hava necə olacaq? - PROQNOZ          

Bazar günü hava necə olacaq? - PROQNOZ          

Hazırda oxunan: Bazar günü hava necə olacaq? - PROQNOZ          

18160

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 19-21 dərəcə  isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55  faiz olacaq.  

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə bəzi yerlərdə duman olacaq.

Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti,  gündüz 10-15,  bəzi yerlərdə 18-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Aprelin 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO