“Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri yaddaqalan obrazlarla tamaşaçıların dərin rəğbətini qazanan Xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib.
Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini qeyd edən istedadlı sənətkar bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin hazırladığı videoçarxı təqdim edirik:
Bizim.Media