Çılpaq görüntüləri yayılan ukraynalı modellər AZADLIQDA - VİDEO

Çılpaq görüntüləri yayılan ukraynalı modellər AZADLIQDA - VİDEO

Hazırda oxunan: Çılpaq görüntüləri yayılan ukraynalı modellər AZADLIQDA - VİDEO

18149

Dubayda çılpaq fotosessiya çəkdirən ukraynalı modellər vətənlərinə qayıdıblar.

Bizim.Media "The Sun" istinadən xəbər verir ki, modellər geri qayıdarkən Dubay hava limanında video çəkiblər.

"Əlvida, Dubay. Çox xoş olduğunu deməyəcəyik, amma əsas odur ki, sağ-salamatıq",- deyə onlar qeyd ediblər.

Yayımlanan videoda qızlar gülümsəyir və onları sona qədər dəstəkləyənlərə salam göndəriblər.
Nəşr qeyd edib ki, modellərin BƏƏ-yə girişi beş il müddətinə qadağan edilib. Pəncərəsiz dar otaqlarda və antisanitariya şəraitində saxlandıqlarını deyən qızlar, gözətçilərin onlara gülüb təhqir etdiklərini deyiblər. 

Qızlardan biri isə "Çılpaq fotolarımıza görə bu qədər problemimizin olacağını bilmirdik", - deyə qeyd edib.

Xatırladaq ki, aprel ayının əvvəllərində sosial şəbəkələrdə ukraynalı modellərin Dubayda “Dubai Marina” otelində çılpaq görüntüləri yayılmışdı. Bu səbəblə fotosessiya iştirakçıları ölkə qanunlarına görə həbs ediliblər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO