Erməni general Bakının sülh planını təsdiqlədi - BORREL İFŞA OLUNDU

Erməni general Bakının sülh planını təsdiqlədi - BORREL İFŞA OLUNDU

Hazırda oxunan: Erməni general Bakının sülh planını təsdiqlədi - BORREL İFŞA OLUNDU

181380

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan “Azərbaycan Ermənistana hücuma keçəcək” bəyanatı ilə çıxış edən şəxsləri axmaq vəziyyətə qoyub. O, sanki bir əsgər kimi belə raport verib: “Zəngəzurda (ermənilər Sünik  adlandırır) Azərbaycan qoşunlarının cəmləşməsi yoxdur”. 

Bizim.Media caliber.az saytına istinadən xəbər verir ki, şərti Ermənistan-Azərbaycan sərhədində Azərbaycan qoşunları yoxdur. 

"Biz düşmənin hərəkətini izləyirik, sərhəddə əməliyyat vəziyyəti nisbətən sabitdir", - deyə o, qeyd edib.

“Əgər rəqibin 20 mövqeyi varsa, o zaman bizdə də eyni rəqəm var, ancaq bu rəqəmi açıqlamayacağam”, - Asryan bildirib.

44 günlük müharibədən əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan isə lovğalanırdı ki, yeni Ermənistan-Azərbaycan müharibəsi Azərbaycan ərazilərinin ələ keçirilməsi ilə başa çatacaq. "Yeni müharibə - yeni ərazilər". Və nəticəsi necə oldu? Sıralarında 11 minə yaxın fərari olan Ermənistan ordusunun məğlubiyyəti, o cümlədən 7 milyard dollar dəyərində silah və hərbi texnika itkisi.

Növbəti təxribatçı bəyanat isə məhz  Parisdə “France 24” telekanalına müsahibəsində Nikol Vovayeviçdən gəldi. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şolzun təşəbbüsü ilə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən dərhal sonra Paşinyan dedi: “Azərbaycanın Ermənistana hücum ehtimalı çox yüksəkdir”. Bu bəyanatın Fransa prezidenti Emmanuel Makronun birbaşa göstərişi ilə Almaniya kanslerinin vasitəçilik səylərini dəyərdən salmaq məqsədi ilə verildiyi aydın idi.

Sözünün "ağası" olmayan, bir-birini təkzib edən bəyanatlar verən, inanılmaz dərəcədə iddialı, lakin heyrətamiz dərəcədə orta səviyyəli siyasətçi Makron Paşinyandan Şolzla hesablaşma vasitəsi kimi istifadə edir. 

Asryan isə bəyan edir ki, əslində Ermənistana Azərbaycandan heç bir təhlükə yoxdur. Asryan, yeri gəlmişkən, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə komissarı Borreli də yalançı çıxarıb, o da tez-tez “Azərbaycandan Ermənistana hərbi təhdid” haqqında mifik  yalan danışır.

Həqiqət budur ki, ölkəmiz dövlətlərin ərazi bütövlüyü prinsipinin qorunmasında həmişə ardıcıl və prinsipial olub. Bundan başqa, Bakı dəfələrlə Azərbaycanın Ermənistana planlaşdırılmış hücumu barədə söhbətin yalan olduğunu vurğulayıb. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum etsə, bunun acı nəticələri olacaq. Əvvəla, Borrel Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırdığı barədə məlumatı haradan əldə edib?

Bizim belə planlarımız yoxdur. Bunlar cənab Makronun təlqinləridir”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşü zamanı bildirib.

İndi isə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan İrəvanla bağlı daha bir mifi mahiyyət etibarı ilə ifşa edir.  Paşinyan, Makron, Borrel görəsən nə edəcək? Sakit duracaqlarmı?".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO