Bu şəxslər də güzəştli şərtlərlə əmək pensiyası ALACAQ  

Bu şəxslər də güzəştli şərtlərlə əmək pensiyası ALACAQ  

Hazırda oxunan: Bu şəxslər də güzəştli şərtlərlə əmək pensiyası ALACAQ  

181379

Atalara da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verilir. 

Bizim.Media xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qanun layihəsinə əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı hal da güzəştə yol verən şərtlər sırasına daxil edilir. 

Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO