“Bütün festival iştirakçıları özləri ilə bir neçə hədiyyə gətirmişdilər. Bunu heç də siyasiləşdirmək lazım deyil".
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova azərbaycanlıların ona hədiyyə etdiyi “Xarıbülbül” "broşka"sını və bununla bağlı ermənilərin isterikasını şərh edərkən səsləndirib.
"İnsanların onlara vacib olan simvolları hədiyyə verməsi tamamilə normaldır. Təxribatlara uymağa ehtiyac yoxdur”, deyə o, qeyd edib.
Bizim.Media