Qaradağda 26 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

Qaradağda 26 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

Hazırda oxunan: Qaradağda 26 yaşlı gənci qətlə yetirən şəxs TUTULDU

181291

Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan Bizim.Media-ya bildirilib ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO