Əminə Ərdoğan: “COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır” - FOTO

Əminə Ərdoğan: “COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır” - FOTO

Hazırda oxunan: Əminə Ərdoğan: “COP29-un Azərbaycanda keçirilməsi sevindirici haldır” - FOTO

181270

Türkiyənin birinci xanımı Əminə Ərdoğan iqlim böhranı ilə bağlı son dərəcə əhəmiyyətli konfrans olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkilini sevindirici hal kimi qiymətləndirib.

Bizim.Media xəbər verir ki, bu barədə Əminə Ərdoğan özünün “X” hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ilə görüşüb:

“Bu kontekstdə əməkdaşlıq sahələrimiz haqqında fikir mübadiləsi apardıq. Türkiyə olaraq bir çox sahələrdə olduğu kimi, COP29-da da qardaş Azərbaycana bütün imkanlarımız və təcrübəmizlə dəstək olmaqdan məmnun olarıq. Ümid edirəm ki, konfrans Azərbaycana və bütün dünyaya fayda verəcək”.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO