Sabah iki rayonda qaz olmayacaq

Sabah iki rayonda qaz olmayacaq

Hazırda oxunan: Sabah iki rayonda qaz olmayacaq

181264

Sabah Balakən və Bakının Xəzər rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, martın 6-da saat 09:00-dan “Katex” qaz paylayıcı stansiyalarının (QPS) daxilində aşkar olunmuş qaz sızmasının ləğvi, saat 10:00-dan “Buzovna” QPS-dən qidalanan “Broylerətrafı (Quşçuluq)” yaşayış massivinə gedən qaz kəmərinin birləşmə nöqtəsinin dəyişdirilməsi ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan zaman Balakən rayonu üzrə Katex və Baretbinə kəndlərinin, paytaxtın Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin Quşçuluq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO