“Azərbaycan İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüququn normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəkləyir, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərir”.
Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov İƏT-in XİN Şurasının fövqəladə iclasında çıxış edib - FOTO
Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir Azərbaycanın insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib.
Bizim.Media