Ceyhun Bayramov İƏT-in XİN Şurasının fövqəladə iclasında çıxış edib - FOTO

Ceyhun Bayramov İƏT-in XİN Şurasının fövqəladə iclasında çıxış edib - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov İƏT-in XİN Şurasının fövqəladə iclasında çıxış edib - FOTO

181254

5 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumata görə nazir Ceyhun Bayramov çıxışında İsrail-Fələstin münaqişə bölgəsində mövcud vəziyyətin, mülki əhali arasında davam edən itkilərin, Qəzza bölgəsindən insanların didərgin düşməsinin, habelə əhalinin aclıqla üzləşməsinin ciddi narahatlıq doğurduğunu qeyd edib.
Ölkəmiz adından qurbanların ailələrinə və yaxınlarına başsağlığını çatdıran nazir Ceyhun Bayramov, Azərbaycanın hərbi əməliyyatların təcili şəkildə dayandırılması ilə bağlı çağırışlara qoşulduğunu, habelə günahsız insanların itkisinə son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında iki dövlət prinsipi əsasında həllini dəstəklədiyi, habelə bu illər ərzində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması istiqamətində davamlı səylər göstərdiyi diqqətə çatdırılıb.

Milli səviyyədə qardaş Fələstin xalqına göstərilən humanitar yardımdan bəhs edən nazir, Azərbaycanın yerdə insanlara yardım üçün sonuncu dəfə BMT-nin müvafiq agentliyinə 2 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi verdiyini bildirib.

Nazir Ceyhun Bayramov Azərbaycanın İslam dünyasının məsuliyyətli və aktiv bir üzvü kimi bundan sonra da müqəddəs İslam dininin qardaşlıq ruhu və dəyərlərinə uyğun olaraq, Fələstin məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli və dayanıqlı həllini tapmasına göstərdiyi dəstəyi davam etdirəcəyini diqqətə çatdırıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO