“Təəssüf ki, ikili standartlar ilk olaraq elə Avropanın özünü dağıdır. Avropa İttifaqı komissarını bura göndərir və yüksək səviyyədə iclas keçirilir. Ən yüksək səviyyədə Azərbaycanın rolu vurğulanır. Eyni təşkilatın parlament qurumu bir gün əvvəl Azərbaycana qarşı ədalətsiz, qərəzli yalanla və böhtanla dolu qərar qəbul edir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentin martın 5-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
“Bütün bunlar ona dəlalət edir ki, Avropanın içərisində böyük böhran yaşanır və bu, ikili standartların böhranıdır”, - deyə S. Seyidov vurğulayıb.
Bizim.Media