“Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir”.
Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə wnvanladığı təbrik məktubunda qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Ursula Fon der Lyayen İlham Əliyevə məktub ÜNVANLAYIB
“Mən 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını - COP29-u səbirsizliklə gözləyirəm. Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”, - deyə AK rəhbəri bildirib.
Bizim.Media