Lənkəranda ər arvadına və özünə xəsarət yetirib.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə rayonun Mamusta kəndində baş verib.
Kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir.
Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.
Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:46 / 05.03.2024
Lənkəranda DƏHŞƏT: Ər arvadına və özünə balta ilə xəsarət yetirdi
Hazırda oxunan: Lənkəranda DƏHŞƏT: Ər arvadına və özünə balta ilə xəsarət yetirdi
Hazırda oxunan: Lənkəranda DƏHŞƏT: Ər arvadına və özünə balta ilə xəsarət yetirdi
181240
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.