Od çərşənbəsində temperatur iqlim normasından YÜKSƏKDİR 

Od çərşənbəsində temperatur iqlim normasından YÜKSƏKDİR 

Hazırda oxunan: Od çərşənbəsində temperatur iqlim normasından YÜKSƏKDİR 

181138

Novruz bayramının ikinci çərşənbəsi olan Od çərşənbəsində ölkə ərazisində yüksək temperatur rejimi qeydə alınır. 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. 

Onun sözlərin görə, Abşeron yarımadasında və bəzi bölgələrdə havanın temperaturu 13 dərəcəyədək yüksəlib. Bu da iqlim normasından 3 dərəcəyədək yüksəkdir. 

O qeyd edib ki, Od çərşənbəsində son 10 ilin ən yüksək temperatur göstəricisi ötən il qeydə alınıb. Belə ki, temperatur iqlim normasından 7 dərəcə yüksək olub. Abşeron yarımadasında 18, bəzi bölgələrdə 23, dağlıq ərazilərdə 15 dərəcə isti olub: 

“Bu il Od çərşənbəsində ölkə ərazisində hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz, gündüz saatlarında bəzi dağlıq ərazilərdə isə qısamüddətli yağıntılı olacağı gözlənilir. Gecə və səhər ölkənin bəzi ərazilərində zəif duman olacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 15 dərəcə isti, dağlıq rayonlarda isə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Bakıda və Abşeron yarımadasında bu gün mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 13 dərəcə isti olacaq”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO