Ağır qəzada ölən fotoqrafın FOTOSU 

Ağır qəzada ölən fotoqrafın FOTOSU 

Hazırda oxunan: Ağır qəzada ölən fotoqrafın FOTOSU 

180975

Ötən gecə Göyçay rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, rayonun Müskürlü kəndi ərazisində "Kia" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda avtomobil su kanalına düşdü: 3 ölü, 1 yaralı var - FOTO


Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırov və iki sərnişini - 1991-ci il təvəllüdlü Asif Gülməmmədovla Elçin Əsgərov hadisə yerində ölüblər. Daha bir sərnişin isə ağır xəsarət alıb. 

Bildirilir ki, qəzaya düşən "Kia Sportage" markalı avtomobil "Rent a car"a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş. 

X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir. 

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO