Diplomatiya Forumunda Avrasiya ölkələri arasında inkişaf perspektivləri müzakirə olunub - FOTO

Diplomatiya Forumunda Avrasiya ölkələri arasında inkişaf perspektivləri müzakirə olunub - FOTO

Hazırda oxunan: Diplomatiya Forumunda Avrasiya ölkələri arasında inkişaf perspektivləri müzakirə olunub - FOTO

180830

III Antalya Diplomatiya Forumu çərçivəsində “Avrasiyada yeni əməkdaşlıq dinamikaları” mövzusunda panel iclas keçirilib.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, panel iclasda Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Katibliyinin icraçı direktoru Kairat Sarıbay, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının sədri Nail Olpak və digərləri iştirak edib.

Panel iclasda iqlim dəyişikliyi, qlobal istiləşmə, su qaynaqlarının azalması və bu kimi təbiət hadisələrinin törətdiyi fəsadlar, Avrasiya ölkələri arasında infrastrukturun tranzit dəhlizlərin inkişafında rolu kimi mövzular müzakirə olunub. 
Həmçinin sessiyada terrorla mübarizə sahəsində əməkdaşlıq, gömrük işinin sadələşdirilməsi, qarşılıqlı ticarətin asanlaşdırılması, enerji təchizatı təhlükəsizliyinin təmin olunması kimi mövzulardan da danışılıb.

Forum davam edir.



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO