“Moskva üçtərəfli bəyanatların nəzərdə tutduğu məsələlərin həllinə kömək göstərməyə hazırdır” - Lavrov

“Moskva üçtərəfli bəyanatların nəzərdə tutduğu məsələlərin həllinə kömək göstərməyə hazırdır” - Lavrov

Hazırda oxunan: “Moskva üçtərəfli bəyanatların nəzərdə tutduğu məsələlərin həllinə kömək göstərməyə hazırdır” - Lavrov

180820

“Azərbaycanlı həmkarlarımızla müntəzəm dialoqumuz mövcuddur. Onlar Rusiya, Azərbaycan və Ermənistan tərəfindən yüksək səviyyədə qəbul olunan üçtərəfli bəyanatlar silsiləsinə müvafiq olaraq, həm regionda bütün kommunikasiyaların açılmasına, həm Azərbaycan və Ermənistan arasında sərhədlərin Rusiyanın konsultativ köməyi ilə delimitasiyasına, həm də sülh sazişinin hazırlanmasına münasibətdə bütün məsələləri həll etməyə hazırlıqlarını təsdiqləyirlər”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Antalya Diplomatik Forumunun yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrov bildirib  ki, Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev bu yaxınlarda Azərbaycanın paytaxtında olub. “Ermənistan paytaxtına səfərə gəlincə, ermənistanlı həmkarlar bunu təsdiqləməyiblər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO