Arzumanyan: “Paşinyanın Rusiyaya qarşı siyasəti Ermənistan üçün intihardır”

Arzumanyan: “Paşinyanın Rusiyaya qarşı siyasəti Ermənistan üçün intihardır”

Hazırda oxunan: Arzumanyan: “Paşinyanın Rusiyaya qarşı siyasəti Ermənistan üçün intihardır”

180784

“Nikol Paşinyan əslində mənasız sözlər danışır. Necə yəni “KTMT-də fəaliyyətimizi “dondururuq”?!. Bu təşkilata  üzv olan və üzv olmayan ölkələr var. Ermənistan da KTMT-nin üzvü olmaqda davam edir. Ona görə də bu bəyanata ciddi yanaşmağın mənası yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində siyasi elmlər doktoru, milli təhlükəsizlik üzrə ekspert Qraçya Arzumanyan deyib. 

O bildirib ki, bu cür bəyanatların, hakimiyyətin bu cür davranışının qəti əleyhinədir:

“Hər şey çoxdan deyilib, qurtarıb. Ötən üç il ərzində tərəflərin mövqeləri sadələşdirilib, aydınlaşdırılıb. Bütün bunlardan sonra biz yenə bu haqda danışırıq, yenə şikayət edirik. Bu cür fikirlərin heç bir mənası yoxdur və bu həm də Ermənistanın milli maraqlarına zərər verir. Ya KTMT-dən çıxın, ya da bu barədə danışmayın. Alen Simonyan açıqlamaları ilə Ermənistan dövlətini və erməni xalqını təhlükə altına qoyur. Onsuz da qəzəbli olan Rusiyanı daha da qəzəbləndirməyə ehtiyac yoxdur”.

Qraçya Arzumanyan Ermənistanın indiki hakimiyyətinin Rusiya ilə əlaqələri kəsəcəyinə inanmır:

“Düzünü desəm, mövcud hökumətin Ermənistanın strateji vektorunu dəyişməyə hazırlaşdığını xatırladan hər hansı addım görmürəm. Açığı hökumətin bəyanatları da ziddiyyətlidir. Yeganə addım Roma Statutunun ratifikasiyası idi. Bu, dolayı yolla olsa da, bir addım idi. Vəssəlam…
Mən sadəcə olaraq başa düşə bilmirəm ki, Nikol Paşinyan və komandası niyə addım-addım irəli getməyən belə bəyanatlar verir. Bu, mənim üçün anlaşılmaz və qəbuledilməz siyasətdir. Rusiya və Türkiyə ilə belə siyasət yürütmək özünüintihara bərabərdir. Rusiyaya qarşı bu qədər qeyri-ciddi davranmamalısınız.Rusiya sözlərinizə mütləq reaksiya verəcək. 

Mən inanmıram ki, bu cavab zamanı hansısa Qərb dövləti Ermənistanı dəstəkləyəcək. Çünki Qərbdəki güc mərkəzləri aydın başa düşürlər ki, Ermənistan Rusiya ilə münasibətləri sonlandırmaq fikrində deyil.  Rusiya ilə münasibətləri kəsmədən isə başqa münasibətlər qura bilməyəcəksiniz, sizə etibar etməyəcəklər. 
Qərbdə Nikol Paşinyanın sözlərinə inanmırlar, ona siyasətçi kimi etibar etmirlər. Bu gün heç bir ölkənin Ermənistan qarşısında öhdəliyi yoxdur. Amma Rusiyanın və KTMT-nin öhdəlikləri var.

Onu da xatırlamaq lazımdır ki, bizim yerimizə Ermənistan üçün heç kim döyüşməyəcək. Hərbi əməliyyatda yalnız erməni əsgəri iştirak etməlidir. Nəzərə alaq ki, Ermənistan vədlər səviyyəsində ala biləcəyi bəyanatları alıb. Ona görə də Paşinyan konkret addım atmalıdır, amma atmır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO