Azərbaycan Kuboku: “Xəzri

Azərbaycan Kuboku: “Xəzri" kuboka qələbə ilə başladı – FOTO 

Hazırda oxunan: Azərbaycan Kuboku: “Xəzri" kuboka qələbə ilə başladı – FOTO 

180775

"Sərhədçi" İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun "A" qrupunda iki oyun keçirilib.

Bizim.Media xəbər  verir ki, günün ilk oyunu "Neftçi" və "Sumqayıt" komandaları arasında baş tutub. 

Favorit "Neftçi", rəqib üzərində 87-76 hesablı qələbə qazanıb. 
Ən məhsuldar basketbolçular: "Neftçi" (Alfonso Styuart - 21 xal, 8 ribaund), "Sumqayıt" (Roderik Smit - 21 xal, 9 ribaund). 

Günün ikinci oyununda çempionatın lideri "Xəzri", "Cəlilabad" klubu ilə qarşılaşıb. Paytaxt klubu bu oyunda çətinlik çəkmədən 86-69 hesablı rahat qələbə qazanıb. Bu kubokda "Xəzri"nin ardıcıl ikinci qələbəsi olub.

Ən məhsuldar basketbolçular: "Xəzri" (Cordan Perkins- 20 xal, 9 ribaund), "Cəlilabad" (Zaur Paşayev - 21 xal, 6 asist).



Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO