Hikmət Hacıyevdən sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO 

Hikmət Hacıyevdən sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO 

Hazırda oxunan: Hikmət Hacıyevdən sülh sazişi ilə bağlı MÜHÜM AÇIQLAMA – VİDEO 

180630

“Azərbaycan Prezidentinin də dediyi kimi artıq Qarabağ problemi yoxdur. Azərbaycan beynəlxalq hüquq və norma prinsipləri əsasında öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu 2024 çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycanın baxışı ondan ibarətdir ki, Cənubi Qafqaz regionunda davamlı sülh və əmin-amanlıq təmin olunmalıdır.

“Azərbaycan bu niyyətin daşıyıcısıdır. Sülh müqaviləsi layihəsinin mətnini yazan və təqdim edən də məhz Azərbaycan Respublikasıdır.

Amma təəssüflər olsun ki, regionumuzda militarizasiya siyasəti həyata keçirən, silah yarışmasına rəvac verən, regionda yeni ayırıcı və bölücü xətlərin yaradılmasına cəhd göstərən, eyni zamanda, Cənubi Qafqaz regionu xaricində olan geosiyasi intriqalarını bölgəyə daşımaq istəyən qüvvələr var.
Ermənistanla Azərbaycan arasında sərhədi sərhəd kimi deyil, bir növ konfrontasiya xətti kimi inkişaf etdirməyə çalışan müəyyən qüvvələr var ki, bütün bunlar da təəssüf doğurur. Biz gözləyirik ki, Ermənistan əvvəlki illərin səhvini təkrarlamayacaq, regionda davamlı sülhə xidmət edəcək bir siyasət yürüdəcək. Azərbaycanın niyyəti bundan ibarətdir”, - Prezidentin köməkçisi qeyd edib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO