Nura Suri: “Polis məni təhqir edən 65 yaşlı kişini saxlamışdı” – VİDEO 

Nura Suri: “Polis məni təhqir edən 65 yaşlı kişini saxlamışdı” – VİDEO 

Hazırda oxunan: Nura Suri: “Polis məni təhqir edən 65 yaşlı kişini saxlamışdı” – VİDEO 

180613

“Mənə təhqir yazanları polisə verirəm. O heç… Artıq polis əlimdən bezib. Gündə nə qədər insanın ərizəsi gəlir, məhkəməsi olur… Bir ara mən sırf bu məsələnin üzərinə düşdüm. Mənə təhqir yazanların hamısını polisə verdim. Son zamanlar baxıram ki, tənqid var, təhqir yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Suri qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, ona sosial şəbəkədə təhqir yazan şəxslərdən birini hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra yaşının 65 olduğu üzə çıxıb: 

“Mənə təhqir yazan bir kişini polis saxlamışdı. Məlum oldu ki, o şəxsin 65 yaşı var. Zəng vurub üzr istəyirdi. Dedi ki, mən elə-belə yazmışdım, amma bilmirdim ki, yazdığımı hamı görür”. 

Nura ona təhqir yazan şəxslərə efir vasitəsi ilə müraciət ünvanlayıb: 

“Xoşbəxt insan heç zaman bir insana pis şey yazmaz. Allah bilir, onun evinin içində nə qədər problem var. Sosial şəbəkədə görür ki, sən belə gözəl həyat göstərirsən. Amma bilmir ki, bizim evimizdə də problemlərimiz var. Amma biz bunları sizinlə bölüşmürük. Bizdə də o qədər problem var ki… İstəyirsiniz, bir gün danışım, oturub ağlayın. Amma sizinlə bölüşmürük. İstəyirik ki, sizə yaxşı tərəfləri göstərək.
Onsuz da hamının evində problemi var. Bizdən pozitivlik alın. Başa düşürəm, istəyirsiniz, “direct”ə yazın ki, evimdə problem var, sizi söymək istəyirəm. Amma şərhlərdə yazmayın da… Mən sizin evinizdəki olan problemə görə günahkar deyiləm. Mən də sizə hansısa məsləhəti verim”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO