Tural Gəncəliyev “başını kəsəcəyik” təhdidi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO

Tural Gəncəliyev “başını kəsəcəyik” təhdidi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO

Hazırda oxunan: Tural Gəncəliyev “başını kəsəcəyik” təhdidi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO

18048

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev beynəlxalq təşkilatdakı çıxışında Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyanın təhdidi ilə bağlı məsələyə toxunub. 

Bizim.Media-nın məlumatına görə, bununla bağlı icma sədri “Facebook” hesabında paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi təhdid etdi - Başını kəsəcəyik


“Ermənistan parlamentinin əməkdaşı tərəfindən mənə edilmiş ölüm təhdidi barəsində bir neçə beynəlxalq parlament təşkilatının birgə təşkil edilən terrorizm və ekstremizm mövzusuna həsr edilmiş onlayn konfransda iştirakçılarını məlumatlandırdım”,- deyə Tural Gəncəliyev  yazıb.

Qeyd edək ki, L.Gözəlyan T. Gəncəliyevi “həbsxanada başını kəsəcəyik” deyərək təhdid edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO