AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirildi - FOTO

AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirildi - FOTO

Hazırda oxunan: AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirildi - FOTO

18044

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının ilk iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Şuranın sədri nazir Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının üzvləri, QSC-nin prezidenti Cahangir Əsgərov və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

Müşahidə Şurasının sədri R. Nəbiyev iclasda qeyd edib ki, regionun böyük aviadaşıyıcısı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biri olan AZAL-ın ölkə iqtisadiyyatında xüsusi rolu var.

Şuranın sədri xatırladıb ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı yeni islahatlar mərhələsinə qədəm qoyub.

Bu yeni mərhələdə ölkədə iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, onların gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, paylarının nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərin idarə olunmasının təkmilləşdirilməsi qarşıda duran əsas çağırışlardandır.

“Əminəm ki, Müşahidə Şurası QSC-nin İdarə Heyəti ilə əməkdaşlıq müstəvisində çalışaraq qabaqcıl təcrübə və müasir idarəetmə çərçivəsində cəmiyyətin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək istiqamətində fəaliyyət göstərəcək”, - deyə R. Nəbiyev qeyd edib.

Daha sonra QSC-nin prezidenti Cahangir Əsgərov AZAL-ın fəaliyyəti üzrə aktual məsələlərlə bağlı çıxış edib.

Azərbaycan Prezidentinin fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçiriləcək tədbirlərlə bağlı müzakirələr aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO