Polisdən ƏMƏLİYYAT: Şantajla pul alıb məhkumlara göndərən dəstə TUTULDU - VİDEO 

Polisdən ƏMƏLİYYAT: Şantajla pul alıb məhkumlara göndərən dəstə TUTULDU - VİDEO 

Hazırda oxunan: Polisdən ƏMƏLİYYAT: Şantajla pul alıb məhkumlara göndərən dəstə TUTULDU - VİDEO 

180433

Naxçıvan polisi tərəfindən vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən və əldə olunmuş vəsaiti cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərə göndərən dəstə üzvlərinə qarşı əməliyyat həyata keçirilib. 

DİN-dən Bizim.Media-ya verilən məlumata görə, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri, Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb.

Onlar şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan MR DİN-in əməkdaşları tərəfindən tutulub. 
Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər. 
Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-ın Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq idarəsində araşdırmalar aparılır. 

Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO