Ərdoğan: “Türkiyə yenidən Rusiya-Ukrayna danışıqları üçün platforma verməyə hazırdır” - VİDEO

Ərdoğan: “Türkiyə yenidən Rusiya-Ukrayna danışıqları üçün platforma verməyə hazırdır” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Türkiyə yenidən Rusiya-Ukrayna danışıqları üçün platforma verməyə hazırdır” - VİDEO

180376

"Biz Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi on maddəlik sülh planını əsaslı şəkildə dəstəkləyirik. Amma mən əminəm ki, Ukraynada sülh təşəbbüslərinin uğuru üçün zəruri şərt hər iki tərəfin danışıqlarda iştirakıdır. Türkiyə yenidən münaqişə tərəfləri üçün danışıq platforması təqdim etməyə hazırdər”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciətində deyib.

Ərdoğanın sözlərinə görə, bütün cəhdlərə rəğmən, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı lazımi nəticə əldə olunmayıb və sülh üçün tərəflərin bir araya gətirilməsinə ehtiyac var.
"Mən bu fikirdəyəm ki, diplomatiya və dialoqa ədalətli və davamlı sülhə nail olmaqla müharibəni bitirmək şansı verilməlidir. Hesab edirəm ki, heç olmasa sülhün ümumi parametrlərini müəyyən etmək üçün birgə səylərə başlamaq lazımdır", - deyə Türkiyə lideri əlavə edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO