Qurban Qurbanovdan Bəhlul Mustafazadə ilə bağlı xəbərlərə münasibət

Qurban Qurbanovdan Bəhlul Mustafazadə ilə bağlı xəbərlərə münasibət

Hazırda oxunan: Qurban Qurbanovdan Bəhlul Mustafazadə ilə bağlı xəbərlərə münasibət

180371

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın futbolçusu Bəhlul Mustafazadənin yayda Avropa klublarından birinə keçə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, o, jurnalistlərə açıqlamasında deyib:

"Yazılar yazılır, mənim məlumatım yoxdur. Dəfələrlə demişəm ki, insan öz işini düzgün dəyərləndirməlidir. Gedəndən sonra 1-2 ay partlayış olur, sonra zəifləyirlər. Onların daim oynaması lazımdır. 
Futbolçular olub ki, "Qarabağ"da çıxış edəndə milli komandanın əsas üzvü idilər, gedəndən sonra 10-15 dəqiqə oynayırlar.

Tək oyunçu yox, onun yaxınları da düzgün qərar qəbul etməlidir. Biz özümüz də belə hallara məsuliyyətlə yanaşmalıyıq. Çünki, onlar Azərbaycan futbolunun simalarıdırlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO