2023-cü ildə manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq formalaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə “Pul siyasəti İcmalı”nda əks olunub.
2023-cü ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 29.5 mlrd. ABŞ dolları ekvivalentində 4 olub. Nağdsız valyuta əməliyyatlarının 79%-i ABŞ dollarında, 21%-i isə digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 21%-i banklararası valyuta bazarında (BVB), 79%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.
Hesabat ilində BVB-də əməliyyatların həcmi 6.2 mlrd. ABŞ dolları (ARDNF-nin və Mərkəzi Bankın əməliyyatları daxil olmaqla) ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 98%-i ABŞ dollarında aparılıb.
BVB-də valyuta 4 ABŞ dolları, Avro, İngilis funt sterlinqi, Rus rublu ilə əməliyyatlar daxil olmaqla əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.
BDVB-də valyuta əməliyyatlarının həcmi 23.3 mlrd. ABŞ dollar ekvivalentində olub ki, bunun da 74%-ni ABŞ dolları ilə aparılan əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.8%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3.8 mlrd. ABŞ dolları ekvivalentində olub. Bunun 83.9%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib.
Son illər ərzində ilk dəfə 2023-cü ildə bankların xarici valyuta alışları satışlarını üstələyib. Nəticədə xalis satış neqativ zonada qərarlaşıb.
Rövşən Ziya, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:48 / 28.02.2024
Xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların HƏCMİ
Hazırda oxunan: Xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların HƏCMİ
Hazırda oxunan: Xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların HƏCMİ
180231
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.