FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

Hazırda oxunan: FİFA-nın yeni turniri Azərbaycanda keçiriləcək

180038

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə başlayıb.

Bizim.Media xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq.

Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək.

FİFA Seriyası

Əlcəzair

Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika

Azərbaycan

Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan

Şri Lanka

Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası

Səudiyyə Ərəbistanı

A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.

B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.

Qalib komandaya heç bir kubok və ya pul mükafatı verilməyəcək. FİFA səyahət xərclərini qarşılamaq niyyətindədir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO