Oğuzda 34 baş mal tövlədə yanaraq məhv oldu

Oğuzda 34 baş mal tövlədə yanaraq məhv oldu

Hazırda oxunan: Oğuzda 34 baş mal tövlədə yanaraq məhv oldu

179865

Gecə saatlarında Oğuz rayonunun Bayan kəndi ərazisində fərdi sahibkar Yaşar Həsrətova məxsus mal tövləsində güclü yanğın baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ümumi sahəsi 260 kvadratmetr olan tövlədə 35 baş iribuynuzlu mal və 400 ədəd ot bağlaması olub. 

Hadisə yerinə  Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Lakin bütün səylərə baxmayaraq yanğını söndürmək mümkün olmayıb. 
Nəticədə tövlədəki heyvanlardan 34-ü yanaraq təlaf olub. Həmçinin 400 ədəd ot bağlaması da tamamilə yanıb.

Yanğının baş verməsi ilə bağlı araşdırma aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO