Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir - FOTO

Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir - FOTO

Hazırda oxunan: Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir - FOTO

17986

ABŞ-dakı Yunan Amerikan Liderlik Şurası və Amerika Erməni Milli Komitəsi Türkiyənin “Türksat 5B” peykinin kosmosa göndərilməsinin qarşısını almaq üçün İlon Maskın şirkəti “Space X”-ə təzyiqlər edir.

Bizim.Media xəbər verir ki, Amerikadakı yunan və erməni lobbisi Ankaranın İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyə görə bu yolla qisas almaq istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

İlon Mask yerini itirdi - Bəs dünyanın ən varlı insanı kimdir?


Yunan və erməni lobbi təşkilatları ABŞ-ın Federal Aerokosmik İdarəsinə göndərdikləri məktubda həmin peykin “təhlükəli hərbi fəaliyyət üçün istifadə ediləcəyini” bildiriblər. Və peykin kosmosa çıxarılmasını əngəlləməyə çağırıblar.

“Space X” şirkəti bundan əvvəl Türkiyənin “Türksat 5A” peykini orbitə göndərib, həmin peyki də erməni lobbisi əngəlləməyə çalışıb. Amerika Erməni Milli Komitəsi peykin orbitə çıxarılmasının qarşısını almaq üçün İlon Maska məktub göndərib, Türkiyənin Qarabağda Azərbaycana dəstək verdiyini göstərərək bu anlaşmanın ləğv edilməsini istəyib.

Habelə şirkətin elektron poçtuna ermənilər tərəfindən eyni məzmunlu minlərlə məktublar göndərilib. Amma təzyiqlər nəticəsiz qalıb və İlon Maskın şirkəti Türkiyə peykini orbitə çıxarıb.

İndi isə erməni lobbi təşkilatı yunan lobbi təşkilatı ilə birləşərək bu dəfə Federal Aerokosmik Agentliyinə məktub göndərib və Türkiyənin “Türksat 5B” peykinin orbitə çıxarılmasını əngəlləməyə çalışır. (Virtualaz.org)

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO